Niderlandda F-16 qırıcısı özü-özünü vurub

18:03 - 6 Aprel 2019 - Xəbər

Niderland Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısına Leuvarden hərbi bazasında təlimlər zamanı ciddi ziyan dəyib.

Təlimdə iki qırıcı təyyarə atəş açıb. Onlardan biri öz atəşindən ziyan görüb. Təyyarənin gövdəsi zədələnib, silahın hissələri isə mühərrikə düşüb.

Hadisədə xəsarət alan olmayıb. Pilot ciddi ziyan görmüş qırıcını hərbi poliqona endirə bilib./trend

Xəbər xətti