Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin-Salmana qarşı sui-qəsd cəhdi olub.
“Report” “aksam”a istinadən xəbər verir ki, bu barədə İsrailin “Makorrishon” xəbər saytı məlumat yayıb. Bildirilib ki, Məhəmməd bin-Salman sui-qəsdin qarşısını son anda ala bilib. Bu cinayəti törətməkdə şübhəli bilinən Bəndər bin-Salman tutulub.
Məlumata görə, Bəndər bin-Salman vəliəhdin qardaşıdır. Bildirilib ki, o, krallığın mühafizə dəstəsi üzvlərindən birinə bu məqsəd üçün 10 milyon rial (2 milyon 666 min 471 dollar) pul təklif edib.