Bakıda daha 157 kirayə mənzili satışa çıxarıldı

16:35 - 16 May 2025 - Xəbər

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizm 157 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.

Ucnoqta.az Fonda istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.

Belə ki, yeni mənzillər seçim üçün 23 may 2025-ci il tarixində 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (//www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6978 kirayə müqaviləsi bağlanıb.

Xəbər xətti