Portuqaliyada keçirilən seçkilərdə sağ mərkəzçilər liderdir

00:00 - 19 May 2025 - DÜNYA

Portuqaliyada keçirilən növbədənkənar parlament seçkilərində bülletenlərin 70,86%-i hesablandıqdan sonra baş nazir səlahiyyətlərini icra edən Luis Monteneqronun rəhbərlik etdiyi sağ mərkəzçi Demokratik Alyans koalisiyası liderlik edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, koalisiya 36,86 faiz səs toplayır. Onun ardınca ifrat sağçı “Bəsdir!” siyasi qüvvəsi gəlir. 23,39% və Sosialist Partiyası 22,99% səslə.
Beləliklə, 2024-cü ildən hakimiyyətdə olan Demokratik Alyans parlamentdəki mövqeyini yaxşılaşdıra bilər. İlkin hesablamalara görə, sosialistlər mövqelərini daha da pisləşdirib, ifrat sağçılar isə əksinə, irəliləyiblər.

Xəbər xətti