Putinlə görüşmək lazımdır - Tramp

14:51 - 16 May 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün Rusiya lideri Vladimir Putinlə görüşün zəruri olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərindən ABŞ-a uçan prezident təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.
"Biz görüşməliyik. O və mən görüşəcəyik. Düşünürəm ki, biz həll edə biləcəyik. Bəlkə də yox. Heç olmasa, bilərik", - Ağ Ev başçısı bildirib.

Xəbər xətti