Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq

15:25 - 16 May 2025 - AVTO

Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq

Ucnoqta.az xəbər verir ki, 17 may saat  10:00-dan 18 may saat 20:00-dək Bakı şəhəri, Nizami rayonu, Babək prospektinin Lütfi Zadə küçəsi və Məşədi Hilal Kazımov küçəsi ilə kəsişmələrində (şəhər istiqamətində körpüyə girişdə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. (yol bağlanmır)

Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Xəbər xətti