Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bibiheybət yolunda aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək hərəkətin məhdudlaşdırılacağı xəbərini yaymışdı.
Ucnoqta.az xəbər verir ki, göstərilən müddət bitsə də Bibiheybət yolunda hərəkət bərpa edilməyib.
Həmin istiqamətdə hərəkət edən 72, 125, 149, 205 və E1 nömrəli marşrut xətlərinin fəaliyyəti hələ də bərpa edilməyib və bununla bağlı rəsmi açıqlama verilməyib. Nəticədə ərazidə yaşayan sakinlər məktəbə, universitetə və işə getməkdə ciddi çətinliklərlə üzləşiblər.
Həmçinin yolun nə vaxt açılacağı ilə bağlı da heç bir rəsmi məlumat yayılmayıb.
Əldə etdiyimiz məlumata görə, yağıntılı hava şəraiti səbəbindən aparılan təmir işlərində təxminən 10–12 saatlıq gecikmə yaranıb.
"Hazırda işlər yekun mərhələdədir və bu gün axşam saatlarında bərpa işlərinin tamamlanması ilə yolda nəqliyyatın hərəkəti tam şəkildə təmin olunacaq".