Pakistan İran-ABŞ danışıqlarının yeni raunduna hazırlaşır

10:24 - 16 Aprel 2026 - DÜNYA

Pakistan hakimiyyəti İran və ABŞ arasında danışıqların ikinci raunduna hazırlıqlara başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Express Tribune" mənbələrə istinadən məlumat verib.

Onların sözlərinə görə, hazırlıqlar, xüsusən də qüsursuz təhlükəsizliyi təmin etmək üçün artıq başlayıb.

Mənbə əlavə edib ki, Pakistanın paytaxtındakı Serena oteli bir daha xarici qonaqları qəbul edəcək.

Mənbələr bildiriblər ki, iki ölkənin nümayəndə heyətləri arasında yeni görüşün bu həftənin sonu və ya gələn həftənin əvvəlində keçirilməsi gözlənilir. Onlar danışıqlardan əvvəl tərəflər arasında məsləhətləşmələrin aparılacağını istisna etməyiblər.

Xəbər xətti