Hindistan və Pakistan atəşkəsi uzadıb

19:14 - 15 May 2025 - DÜNYA

Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistanın baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar bildirib.

Parlamentdə çıxış edən Dar mayın 14-də iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı razılığın əldə edildiyinə aydınlıq gətirib.

“Mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi”, - deyə ölkənin baş nazirinin müavini Pakistan parlamentinin yuxarı palatasına bildirib.

Xəbər xətti