Baş prokuror Kamran Əliyev mayın 16-da Bakı şəhəri Nizami rayon prokurorluğunun inzibati binasında Nizami rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Bu barədə Ucnoqta.az-a "Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbulda iştirak edən 29 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.