Gəncədə 18 yaşlı gənc bıçaqlandı

19:59 - 17 May 2025 - HADİSƏ

Gəncədə 18 yaşlı gənc bıçaqlanıb.

"Report"un məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində M.Tağıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən həmyaşıdı Rihat Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti