Co Baydenə xərçəng diaqnozu qoyulub
Ucnoqta.az xəbər verir ki, media ABŞ-ın keçmiş prezidentinin ofisinə istinadən məlumat yayıb.
Baydenin keçən həftə sidik problemləri üçün müayinə olunduğu bildirilir.
Cümə günü ona sümüklərə metastaz verən prostat xərçəngi diaqnozu qoyuldu.
"Bu, xəstəliyin daha aqressiv formasını ifadə etsə də, xərçəng hormonal cəhətdən həssas görünür və effektiv idarə etməyə imkan verir. Prezident və ailəsi həkimləri ilə birlikdə müalicə variantlarını nəzərdən keçirir", - məlumatda deyilir.