ABŞ-ın yeni səfiri: "Bakıda olmaqdan məmnunam"

21:45 - 7 Mart 2019 - Xəbər

“Bakıda olmaqdan məmnunam”.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfəri Li Litzenberqer bildirib. “Xalqlarımız və ölkələrimiz arasındakı münasibətləri dərinləşdirməyi və gücləndirməyi səbirsizliklə gözləyirəm” – deyə diplomat qeyd edib.

Qeyd edək ki, səfirin sinəsindəki Azərbaycan və ABŞ bayraqlarından ibarət nişan diqqət çəkib.

Xəbər xətti