Türk qəhvəsi bütün dünyada məşhurdur. Qəhvə dostluğun, söhbətin vaz keçilməzi sayılır. Artıq türk qəhvəsi üçün yeni bir rekorda imza atıldı.
Azadinform CNN Turk-ə istinadən xəbər verir ki, İstanbulda bir alış-veriş mərkəzində Ginnesin rekordlar kitabına daha biri də əlavə olundu. 1 metr və 86 santimetr yüksəklikdə özəl hazırlanmış cezvenin (qəhvə dəmləmə qabı) 2 ton yarım türk qəhvəsi istifadə edilib. 90 kilo qəhvə və 20 kilo şəkər təxminən 6 saat nəhəng bir cezvenin içində bişirilib. Ginnesin dünya rekordları təşkilatçıları hadisəni izləyib. Ölçmələr edilib.
2 ton yarımlıq türk qəhvəsi yeni rekordu ilə 25 min stəkanda paylanıldı.