Türkiyəli aktyor Hərbi Qənimətlər Parkında

16:04 - 19 İyun 2025 - Cəmiyyət

Türkiyəli aktyor Ozan Akbaba bir neçə gündür Azərbaycanda səfərdədir. O, səfəri çərçivəsində Hərbi Qənimətlər Parkını da ziyarət edib.

Ucnoqta.az xəbər verir ki, aktyorun parkdan fotoları azərbaycanlı aktyor Elşən Orucovun Instagram hesabında paylaşılıb.

Qeyd edək ki, Ozan Akbaba iyunun 17-də azərbaycanlı aktrisa Ləman Mərrih və rejissor Emil Abdullayevin toy mərasimində iştirak etmişdi.///milli.az

Xəbər xətti