Qəbələdə yol qəzası baş verib, xəsarət alanlar var

20:41 - 18 İyun 2025 - Xəbər

Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, VAZ-2107 markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Hadisə nəticəsində Nic qəsəbə sakini, 1994-cü il təvəllüdlü İslamlı Elsevər Etibar oğlu və Vəndam qəsəbə sakini Paşazadə Taleh Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti