“Yuventus” final oyununda “Əl Ayn”ı darmadağın edib

08:55 - 19 İyun 2025 - İDMAN

İtaliyanın “Yuventus” klubu Klublararası dünya çempionatının qrup mərhələsinin ilk oyununda BƏƏ-nin “Əl Ayn” klubunu 5:0 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, qarşılaşma Vaşinqtonda baş tutub.

Qolları Randal Kolo Muani (11-ci dəqiqə, 45+4), Çiko Konseysao (21, 58) və Kənan Yıldız (31) vurub.

"Yuventus" G qrupunun turnir cədvəlinə başçılıq edir.

Xəbər xətti