"Mançester Siti" klublararası dünya çempionatına qələbə ilə başlayıb

22:01 - 18 İyun 2025 - İDMAN

İngiltərənin "Mançester Siti" klubu klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda Mərakeşin "Vydad" klubunu 2:0 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, qarşılaşma Filadelfiyada (ABŞ, Pensilvaniya) baş tutub.

Qolları Fil Foden (2-ci dəqiqə) və Ceremi Doku (42) vurub. “Mançester Siti”nin heyətində 88-ci dəqiqədə Riko Lyuis qırmızı vərəqə alıb.
 Yarımmüdafiəçi Tijani Reynders və hücumçu Rayan Çerki “Mançester Siti”də ilk oyununu keçirib.

Xəbər xətti