Son sutkada Qəzzada 140 nəfər həlak olub

15:45 - 18 İyun 2025 - DÜNYA

İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində 140-dan çox fələstinli həlak olub, 560-ı isə yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

"Son 24 saat ərzində 144 nəfərin cəsədi Qəzza xəstəxanalarına çatdırılıb, daha 560 nəfər isə yaralanıb", - nazirliyin hesabatında deyilir.

Məlumata görə, 2023-cü ilin oktyabrından Qəzza zolağında qurbanların ümumi sayı 55 637 nəfərə, yaralıların sayı isə 129 880 nəfərə çatıb.

Xəbər xətti