Sabiabad rayonunun Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verilib.
Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. “Azəriqaz”dan Ucnoqta.az-a verilən məlumata görə, bildirilib ki, 161 fərdi evdən ibarət olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 574 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı həmçinin paylayıcı qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.