Bakıda soyğunçuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, noyabrın 8-də Xəzər rayonu ərazisində naməlum şəxs paytaxt sakini S.Orucovaya zor tətbiq edib mobil telefonunu alıb.
2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakini Asif Rəfiyev saxlanılıb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.