Bakıda 61 yaşlı kişi intihar edib

15:33 - 5 Noyabr 2018 - HADİSƏ

Bakıda 61 yaşlı kişi intihar edib.

Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə noyabrın 5-i saat 08:45 radələrində paytaxtın 20-ci sahəsində baş verib. Elçin Əzizov küçəsində yaşayan 1957-ci il təvəllüdlü, Tərtər rayon anadan olan İsgəndərov Fərman Cəbrayıl oğlu yaşadığı həyətdəki yarımtikilidə özünü asaraq intihar edib.

İlkin məlumata görə, səbəb kimi F.İsgəndərovun təxminən 25 min manat borcu olduğu bildirilir.

Xəbər xətti