Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Hicran qızı Əhmədovanı naməlum avtomobil vurub, sürücü hadisə yerindən qaçıb. Yaralı ətrafdakıların köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.
Xəstəxanada "Report"un yerli bürosuna bildirilib ki, A.Əhmədovaya baş-beyin silkələnməsi, alının cırılmış-kəsilmiş yarası diaqnozu qoyulub və vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.