Bakıda şirkətdə fəhlə faciəli şəkildə ölüb

10:54 - 2 Noyabr 2018 - HADİSƏ

Bakıda fəhlə faciəli şəkildə ölüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində qeydə alınıb. "Bakıinşaatsənaye" ASC-də fəhlə işləyən Şamaxı rayon sakini, 1998-ci il təvəllüdlü Qəhrəman Sabir oğlu Mahmudlu yayma dəzgahının birləşdirici muftaları arasında qalaraq dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma başlanıb.

Xəbər xətti