Avtobusun evakuatorla toqquşması nəticəsində yaralanan jurnalistin səhhəti stabildir

15:02 - 1 Noyabr 2018 - HADİSƏ

Bakıda sərnişin avtobusunun evakuatorla toqquşması nəticəsində xəsarət alan jurnalist Zakirə Zakirqızının vəziyyəti stabilləşib. Ucnoqta.az xəbər verir ki, Trend-ə jurnalistin yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alan Z.Zakirqızı mərkəzin neyrocərrahiyyə şöbəsinə yerləşdirilib: "Hazırda vəziyyəti stabilləşib, həyatı təhlükəsi yoxdur. Xəstənin müalicəsi davam etdirilir". Xatırladaq ki, oktyabrın 31-də axşam saatlarında paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyası yaxınlığında, Səməd Vurğun bağının qarşısında 32 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu eyni istiqamətdə hərəkətdə olan evakuatorla toqquşub. Hadisə nəticəsində marşrut avtobusunda olan sərnişinlərdən bir neçəsi müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanlardan biri, "Xəzər" televiziyasının əməkdaşı Zakirə Zakirqızı1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəbər xətti