Tovuz rayon sakini özünü bıçaqlayıb.
Hadisə rayonun Qovlar qəsəbəsində baş verib. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Rəhimov Tahir Məhəmmədəli oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Araşdırmalar zamanı T.Rəhimovun əsəbiləşərək özünü bıçaqladığı məlum olub.
Faktla bağlı araşdırmalar davam edir.trend