Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub- Sərəncam

18:56 - 30 Oktyabr 2018 - Xəbər

Prezident İlham Əliyev Natiq Məmmədovun Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Natiq Nəsir oğlu Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunublar.

Xəbər xətti