Polis əməkdaşlarının çevikliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.
Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, oktyabrın 29-da saat 16 radələrində Salyan dəmir yolu stansiyası ərazisindən 20 ədəd rels altlığını oğurlamağa cəhd göstərən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Salyan rayon sakini Rövşən Rzayev və Neftçala rayon sakini Mirzə İbrahimov olduqları müəyyən edilib.
Araşdırma aparılır.