Ermənistan Rusiyadan yeni silahlar alacaq- 100 milyon dollar dəyərində

14:42 - 12 Sentyabr 2018 - Xəbər

Ermənistan Rusiyadan 100 milyon dollar məbləğində hərbi kredit almağın mümkünlüyü imkanlarını müzakirə edir.

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan jurnalislərə bildirib. “Yeni hərbi kreditlə bağlı müzakirələr aparılır. Hazırda söhbət 100 milyon dollardan gedir"- Tonoyan deyib.
O, hansı növ silahların alınacağı il bağlı danışmağa ixtiyarının olmadığını qeyd edib. "Vaxtında sizə bu barədə məlumat veriləcək. Rusiya ilə əməkdaşlıq yetərincə uğurla inkişaf edir”, - deyə o, əlavə edib. 

Xəbər xətti