UEFA nümayəndələri Bakıya gəlib

10:57 - 12 Sentyabr 2018 - Xəbər

İşçi heyətində 40 nəfər yer alıb

 Bakı Olimpiya Stadionunda 2019-cu ildə keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya 4-cü işgüzar səfəri başlayıb. 

 AFFA-nın rəsmi saytında verilmiş məlumata görə, səfər proqramında UEFA-nın 40 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik və sair məsələlərlə yerində tanış olacaq. Eyni zamanda onlarla fikir mübadiləsi aparılacaq. Səfər sentyabrın 14-dək davam edəcək.

Qeyd edək ki, Avropa Liqasının final matçı gələn il mayın 29-da keçiriləcək.  

Xəbər xətti