Bal yarmarkasının yeri dəyişdirilib

10:05 - 12 Sentyabr 2018 - Xəbər

Yarmarka bu il Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək

 Bu il oktyabrın 5-dən 28-nə qədər Bakının Xətai rayonunda, Nobel prospekti, 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) keçirilməsi planlaşdırılan Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkasının yeri dəyişdirilib. 

Ucnoqta.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yarmarka paytaxtın Nərimanov rayonunda, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində) təşkil olunacaq. 
Sərgi-satış yarmarkasının açılışı 5 oktyabr, saat 12.00-da olacaq.

Xəbər xətti