Yol polisinin "avtoş" kimi saxladığı sürücü hüquqşünas olarsa - Video

16:37 - 11 Sentyabr 2018 - Xəbər

 YPX əməkdaşı sürücünü sərbəst buraxır

Sosial şəbəkələrdə Rüstəm adlı şəxs video yayaraq Nərimanov rayon yol polisi şöbəsinin əməkdaşı ilə dialoqunu təqdim edib. Belə ki, sürücü Ziya Bünyadov prospekti ilə hərəkət edir. YPX əməkdaşı onu saxlayaraq manevr qaydalarını pozduğunu bildirir. Sürücü isə hüquqşünas olduğunu YPX əməkdaşının diqqətinə çatdıraraq bildirir ki, əgər qayda pozuntusu xüsusi texniki vasitə ilə təyin edilibsə o zaman elektron protokol tərtib edilməli və ünvana göndərilməlidir. Dialoqdan sonra YPX əməkdaşı sürücü ilə sağollaşıb onu sərbəst buraxır.
​Avtoafer.az sözügedən videonu təqdim edir:

Xəbər xətti