Yaponiyanın elm və texnologiya mərkəzlərindən biri olan Tsukuba şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadası başa çatıb. Təhsil Nazilriyi və “Azercell Telekom” MMC-nin dəstəyi ilə ölkəmizdən də məktəblilərin iştirak etdiyi bu nüfuzlu olimpiadanın bağlanış mərasimi keçirilib. Mərasimdə iştirakçıların mükafatlandırılması ilə yanaşı, növbəti ildə yarışın keçiriləcəyi ölkənin adı açıqlanıb. Belə ki, 2019-cu ildə Beynəlxaq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Onu da bildirək ki, 2019-cu ildə təşkil olunacaq IOI-da dünyanın 80-ə yaxın ölkəsindən 300-dən çox şagirdin iştirakı gözlənilir.
Məlumat üçün bildirək ki, bu il 85 ölkədən 340 şagirdin qatıldığı olimpiadaya yola düşməzdən öncə məktəblilərimiz Təhsil Nazirliyinin təşkilatçılığı və Azercell-in dəstəyi ilə Beynəlxalq Olimpiadalara Hazırlıq və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində xüsusi dərslər keçiblər. Hazırlığın əsas məqsədi müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş xüsusi istedadlı şagirdlərin olimpiadalarda iştirakının stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması və nümayiş etdirilməsi üçün şəraitin yaradılmasıdır.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz