Üç rayonda əmək yarmarkası keçirilib

14:20 - 11 Sentyabr 2018 - Cəmiyyət

Bu həftə daha 4 rayonda əmək yarmarkasının təşkil olunması nəzərdə tutulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti əmək yarmarkaları ötən həftə Şəmkir, Lerik və Qusar rayonlarında keçirilib. ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, hər üç yarmarka zamanı işsiz və işaxtaran vətəndaşlara həmin rayonlarda fəaliyyət göstərən 60-dan çox müəssisə üzrə 1000-dən çox vakant yer təklif olunub. Tədbirlər nəticəsində 200 nəfər işsiz və işaxtaran şəxsə vakant iş yerlərinə göndərişlər verilib. 

Ayrı-ayrı şəxslər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına və ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata götürülüb. Habelə kiçik ailə təsərrüfatını yaratmaq üçün potensialı olanlar özünüməşğulluq proqramına cəlb olunmaq üçün qeydə alınıblar. 

Bu həftə isə Abşeron, Bərdə, Ağdam, Biləsuvar, Yardımlı rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılıb.

Xəbər xətti