Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub

12:04 - 11 Sentyabr 2018 - Xəbər

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki,  2012-ci ildən İdarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva sentyabrın 4-də öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov "Report"a faktı təsdiqləyərək bildirib ki, bu vəzifəyə Merli Veyisova təyin edilib.

M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Elmira Əliyevanın işdən azad olunması ilə bağlı xəbəri ilk olaraq open.az saytı yayıb. 

Xəbər xətti