Beyləqanda itkin düşmüş kişinin meyiti tapılıb: qətli arvadı sifariş verib

11:33 - 11 Sentyabr 2018 - Xəbər

Meyit eksqumasiya edilib

Beyləqan rayonunda itkin düşmüş kişinin qeyri-rəsmi arvadının sifarişi ilə qətlə yetirildiyi aşkarlanıb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu ilin iyul ayında itkin düşən 48 yaşlı İldırım Fərhadovun qeyri-rəsmi nikahda olduğu 40 yaşlı Əzizə Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Şahsuvar Əsədov tərəfindən tüfənglə qətlə yetirildiyi və basdırıldığı məlum olub.
Ə.Sadıqova və Ş.Əsədov saxlanılıblar. Meyit eksqumasiya edilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Xəbər xətti