7B nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar yeni sxem üzrə hərəkət edir
Bakı Nəqliyyat Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, 7B nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Dəyişikliyə əsasən bu xətt üzrə avtobuslar Yeni Yasamal parkından-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədək hərəkət edəcək. Hazırda 7B nömrəli marşrut xətti üzrə avtobuslar test rejimində yeni sxem üzrə hərəkət edir.