Bakı Metropoliteni qış rejiminə keçir

11:26 - 10 Sentyabr 2018 - Xəbər

Gələn həftədən "Bakı Metropoliteni" QSC qış rejiminə keçəcək.  Bunu "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda iş qrafikinin dəyişdirilməsinə hazırlıq görülür: "Yeni qrafiklə interval 2 dəqiqəyə salınacaq. Bir stansiyadan keçən qatarların sayı isə 30 cütə çatdırılacaq". Metronun sözçüsü "Xətai" stansiyasının təmirə bağlanması üçün işlərin getdiyini də bildirib.

Xəbər xətti