"Qarabağ" Avropa Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək

11:25 - 8 Sentyabr 2018 - Xəbər

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri dəyişdirilib. 

Ağdam təmsilçisi ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. 

Qeyd edək ki, UEFA daha əvvəl "Qarabağ"ın Bakıdakı oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyini açıqlamışdı. Son ölkə çempionu ilk ev matçında oktyabrın 4-ü "Arsenal"ı qəbul edəcək. 

2019-cu il Avropa Liqasının finalı da mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.report

Xəbər xətti