DİN: Axtarışda olan 24 nəfər saxlanılıb

09:29 - 8 Sentyabr 2018 - Xəbər

Sentyabr ayının 7-dən 8-dək respublikada baş verən cinayət hadislərinin statistikası açıqlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxili işlər orqanları tərəfindən 116 cinayət faktı qeydə alınıb. Qeydə alınan cinayətlərin 26-sı “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.

Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Xəbər xətti