Salyanda 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb
12:13 - 29 İyul 2018 - HADİSƏ
Salyanda iki yaşlı uşaq yaşayış binasından yıxılaraq ağır xəsarət alıb.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qalalı yaşayış massivində qeydə alınıb. Belə ki, 2016-cı il təvəllüdlü Məhəmmədli Rəhim Ayxan oğlu yaşayış binasının 4-cü mərtəbəsindən yıxılaraq ağır bədən xəsarətləri alıb. Salyan Mərkəzi Rayon Xəstəxanasında reanimasiya şöbəsində yerləşdirilən azyaşlı uşağın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.