Salyanda iki yaşlı uşaq yaşayış binasından yıxılaraq ağır xəsarət alıb.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qalalı yaşayış massivində qeydə alınıb. Belə ki, 2016-cı il təvəllüdlü Məhəmmədli Rəhim Ayxan oğlu yaşayış binasının 4-cü mərtəbəsindən yıxılaraq ağır bədən xəsarətləri alıb. Salyan Mərkəzi Rayon Xəstəxanasında reanimasiya şöbəsində yerləşdirilən azyaşlı uşağın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.