Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1997-ci il təvəllüdlü Zaur Əmirxanov bıçaq xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan gəncin vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.