Ucnoqta.az
www.ucnoqta.az

Qubada 21 yaşlı oğlan bıçaqlanıb

11:18 - 20 İyul 2018 tarixində dərc olunub.

Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb. 

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1997-ci il təvəllüdlü Zaur Əmirxanov bıçaq xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan gəncin vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: