Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, minik avtomobili şəhər sakini, 2011-ci il təvəllüdlü Quliyev Həsən Cavid oğlunu vurub. Yaralı xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.