Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda 7 yaşlı oğlanı maşın vurub

16:37 - 18 İyul 2018 tarixində dərc olunub.

Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, minik avtomobili şəhər sakini, 2011-ci il təvəllüdlü Quliyev Həsən Cavid oğlunu vurub. Yaralı xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: