Azərbaycanda işıqlar söndü-
01:10 - 3 İyul 2018 - Xəbər
Ölkə ərazisində işıq verilişi dayanıb. 00:20 radələrindən etibarən işıqlar sönüb. "Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev saytımıza açıqlamasında bildirib ki, problem ciddidir: "Hazırda işə gedirəm. Ətraflı məlumat veriləcək". *** Mingəçevir Su Elektrik Stansiyasında generatorlardan birində problem yarandığı bildirilir. Hazırda hüquq-mühafizə orqanların və əlaqədar qurumların rəhbər şəxsləri iş başına qayıdıb. Faktla əlaqədar təxirəsalınmaz tədbirlər aparılır.qafqazinfo
***
Mingəçevir İcra Hakimiyyətinin rəsmisi musavat.com-a bu barədə açıqlama verib. O bildirib ki, Mingəçevir Su Elektrik Stansiyasının (SES) bloklarının birində qəza baş verib: “Mingəçevir SES-in bloklarının birində qəza baş verib. Ona görə də ölkəyə elektrik enerjisinin verilməsində problem yaranıb. Qəzanın nəticəsi aradan qaldırılacaq. Hazırda çalışmalar davam edir”.
*** Əldə etdiyimiz məlumata görə, Mingəçevir SES-in 1-ci Abşeron xəttində generatorlardan birində alışma baş verib. Yanğın dərhal söndürülsə də, ölkə ərazisində elektrik verilişi dayanıb. Enerjinin bərpası ilk cəhd uğursuz olub. Enerji verilişinin bərpası istiqamətində tədbirlər görülür.