“Səni axtarıram” verilişində qalmaqallı iddialar irəli sürülüb.
Ucnoqta.az Minval.info-ya istinadən xəbər verir ki, proqramda bildirilib ki, qayınana kürəkəninə ağır xəsarətlər yetirib. Verilişə gələn zərərçəkənin anasının sözlərinə görə, oğlu yuxuda olan zaman evə daxil olan qayınana onun üzərinə “kislota” töküb.
Valideyn həmçinin deyir ki, ardınca şüşəni onun başına vurub. Aldığı xəsarətlər nəticəsində onun oğlunun vəziyyəti ağırdır.