Prezident Administrasiyası üçün yeni bina tikiləcək
13:44 - 25 Aprel 2018 - Xəbər
Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyası üçün yeni 6 girişli, 20 mərtəbəli binanın tikintisinə icazə verib.
Ucnoqta.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.
Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 3 hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.
Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.
Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.