Fransalı deputat intihar edib

21:16 - 7 İyul 2025 - DÜNYA

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) sağçı "Respublikaçılar" partiyasından olan üzvü Olivye Marleks özünün seçdiyi dairədə - Anet kommunasında (Fransanın mərkəzindəki Eure-et-Luara departamenti) intihar edib.

Ucnota.az xəbər verir ki, bu barədə AFP agentliyi prokuror Frederik Şevalyəyə istinadən məlumat yayıb.

54 yaşlı deputat bazar ertəsi axşam jandarm patrulu tərəfindən evində tapılıb. Patrulu kommunanın meri çağırıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti